reklam
Futbolçu ölümə qalib gələ biləcəkmi? -
Sportfm.az xəbər saytı

Futbolçu ölümə qalib gələ biləcəkmi? -Riksen artıq danışmır


"Reyncers" və "Zenit"in sabiq futbolçusu Fernando Riksenin vəziyyəti getdikcə pişləşir.

Sportfm.az xəbər verir ki, amitrofik sklerozdan əziyyət çəkən Riksen artıq danışıq qabiliyyətini itirib. Bu barədə 41 yaşlı veteran yarımmüdafiəçinin dostu Vinsent de Vris məlumat verib. Onun sözlərinə görə Riksen yalnız gözlərini hərəkət etdirməklə təsdiq və inkar cavabı verir.

"Xəstəlik onun nitq orqanlarını sıradan çıxarıb, əl və ayaqları hərəkətdən qalıb. Tək sual budur ki, Fernando buna nə qədər davam gətirəcək" - De Vris deyib.

Qeyd edək ki, Riksen 2006-09-cu illərdə "Zenit"də çıxış edib və UEFA Kubokunun qalibi olub. 2013-cü ilin payızında o, "Döyüşçü ruhu" adlı avtobioqrafik kitab buraxıb. O, 2000-06-cı illərdə "Reyncers" formasını geyinib

Oxşar xəbərlər

Tanınmış məşqçi dünyasını dəyişdi - 73 yaşında
Hollandiya millisinin sabiq futbolçusu dünyasını dəyişdi
Məşhur futbolçu iyunun 28-də öləcək - FOTO
Avropa Liqasının ikiqat qalibi karyerasını başa vurdu
Ağır xəstəliyə tutulan futbolçu haqqında film çəkildi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər