"Neftçi" Avropa Liqasına Türkiyədə hazırlaşır
"Neftçi" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib.
Sportfm.az xəbər verir ki, "ağ-qaralar" iyulun 1-dək Topuk yaylası bölgəsindəki "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq. Flaqman qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-də, 25-də və 30-da baş tutacaq.
Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik müəyyənləşməyib.
Səfər öncəsi klub Rauf Əliyev, Voislav Stankoviç və yarım ildən sonra Cənubi Koreya "Dequ"sundan geri qayıdan Dario Frederikonu transfer edib.
Qeyd edək ki, "Neftçi" xaricdə toplanışa başlayan ilk Azərbaycan klubu olub. "Ağ-qaralar" 2019/2020 mövsümündə də Avropa Liqasında mübarizə aparacaqlar. I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
Oxşar xəbərlər
Roberto Bordin nəyə işarə edir? - VİDEO
"Neftçi"i Türkiyədə başladı - FOTOLAR
"Neftçi"də üzlər gülür - FOTOLAR
"Neftçi" "Vorskla" ilə qarşılaşacaq
"Neftçi"nin birinci sınağı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası