reklam
Renat Dadaşov AFFA-ya şərt qoydu
Sportfm.az xəbər saytı

Renat Dadaşov AFFA-ya şərt qoydu


Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Renat Dadaşov AÇ-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə keçirilmiş oyunlar üçün AFFA-nın qarşısına şərt qoyaraq, gəlib. 

Sportfm.az xəbər verir ki, 20 yaşlı hücumçu hər iki oyunda meydana çıxmağı tələb edib. Dadaşov oynamayacağı halda, milliyə gəlmək istəmədiyini deyib. İpə-sapa yatmayan və intizamsız futbolçu kimi tanınan Renatın istəyi yerinə yetirilib.

O, iyunun 8-də Macarıstanla keçirilmiş oyunun start heyətində yer alıb. Matçda heç nəylə yadda qalmayan hücumçunu 59-cu dəqiqədə Ağabala Ramazanov əvəz etmişdi. Ramazanovun meydana daxil olmasından sonra Ramil Şeydayev daha rahat oynadığı hücum mərkəzinə keçmişdi. Bu dəyişiklikdən sonra yığma qol vurmağa nail olmuşdu. 

Dadaşovun tələbi Slovakiya ilə oyunda da yerinə yetirilib. O, yığmanın 1:5 hesabı ilə darmadağın olduğu oyunun 89-cu dəqiqəsində meydana daxil olub. 

 

 

Oxşar xəbərlər

Dadaşovun komandasından uğursuz oyun
Dadaşovun komandası xal itirdi
Renat Dadaşov növbəti oyununa çıxxdı - Türkiyə Superliqası
Dadaşov 95-ci dəqiqədə meydana çıxdı və qəhraman oldu - VİDEO
Azərbaycanlı futbolçunun apellyasiya şikayəti təmin olunmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər