reklam
Maradona istefa verdi
Sportfm.az xəbər saytı

Maradona istefa verdi


Argentina yığmasının heyətində dünya çempionu olmuş Dieqo Maradona Meksikanın "Dorados" futbol klubunun baş məşqçisi karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, bu barədə onun vəkili Matias Morla özünün "Twitter" hesabında bildirib.

Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə "Dorados"dakı postunu tərk edib.

"Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək", - Morla qeyd edib.

Futbol klubundan məşqçinin gedişi haqqında informasiyanı təsdiqləyiblər. "Dorados" rəhbərliyi keçmiş rəhbərinə təşəkkür edib.

Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados" futbol komandasına 2018-2019 illər mövsümündə başçılıq edib.

 

Oxşar xəbərlər

Maradonanın keçmiş klubunda faciə baş verdi
Dieqo Maradonanın yeni istəyi
Maradona yoxa çıxdı
Maradona uğurlu debüt etdi
Maradona Meksika klubunda 1,7 milyon avro qazanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər