reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" daha 3 futbolçu ilə yollarını ayırdı -Hamısı legionerdir


"Qəbələ” üç legioner futbolçusu ilə yollarını ayırıb. 

Sportfm.az xəbər verir ki, bunlar Stiven Monroz, Lalavele Atakora və Sabien Lilaydı. 

Legionerlər növbəti mövsümdən “qırmızı-qara” formada çıxış etməyəcəklər. 2017-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Monroz iki mövsüm ərzində komandanın heyətində keçirdiyi 62 matçda 20 qol vurub. 

O, Premyer Liqada 47 (15 qol), Azərbaycan kubokunda 9 (3 qol), UEFA Avropa Liqasında 6 (2) qarşılaşmada iştirak edib. 

29 yaşlı fransalı hücumçu “Qəbələ”də Premyer Liqanın gümüş mükafatını qazanıb, kubokun qalibi və finalçısı olub. 

2018-ci ilin yayında komandaya qoşulan Atakora və Lilay “Qəbələ”də bir mövsüm keçirib. Onların hər ikisi 29 matça çıxıb ki, bunlardan 23-ü çempionat, 4-ü kubok, 2-si UEFA Avropa Liqasına təsadüf edib. 

Atakoranın hesabında Premyer Liqada vurulan bir qol var. Atakora və Lilay Azərbaycan kubokunun qalibi olublar. 

 

Oxşar xəbərlər

"Qəbələ" MTK-dan üstün oldu
"Qəbələ"li Atakora Afrikada fərqləndi
"Qəbələ"dən Premyer Liqada 450-ci qol
"Qəbələ" Toqo millisinin üzvünü transfer etdi
Hollandiyalı futbolçu Azərbaycanı tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər