reklam
Baş məşqçinin evi önünə banner asıldı
Sportfm.az xəbər saytı

Baş məşqçinin evi önünə banner asıldı


İtaliya "Napoli"sinin fanatları klubun sabiq baş məşqçisi Mauritsio Sarrinin prinsipial rəqib olan "Yuventus"un sükanı arxasına keçməsi əleyhinə aksiya keçiriblər.

Sportfm.az xəbər verir ki, azarkeşlər hazırda İngiltərənin "Çelsi" komandasına rəhbərlik edən 60 yaşlı mütəxəssisin mənzili önündə banner asıblar. Onlar Sarrini Turinə yollanmaqdan imtina etməyə çağırıblar. Bannerdə isə yazılıb: "Boss, səni sevən neapolluları satma".

Sarrinin "Yuventus"la müqavilə şərtlərini razılaşdırdığı bildirilir. İddialar təsdiqini tapsa, o, Massimiliano Alleqrini əvəzləyəcək. Klub prezidenti Andrea Anyellinin Bakıda "Çelsi"nin baş məşqçisi ilə görüşdüyünə dair xəbərlər yayılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final matçında "zadəganlar" "Arsenal"la qarşılaşacaq. Görüş saat 23:00-da başlanacaq. 

Oxşar xəbərlər

"Yuventus"da məşqçi istefası
Frenk Lempard rəsmən "Çelsi"də - FOTO
"Yuventus"un prezidenti Bakıda baş məşqçi ilə görüşdü - FOTO
“Yuventus”un prezidenti Bakıya gəlir
Roman Abramoviç onu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər