Millimiz Türkiyədə birinci oldu -FOTO
Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə milli komandası Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Sportfm.az xəbər verir ki, Atatürkün anım günü, gənclik və idman bayramı münasibətilə yeniyetmələr arasında təşkil edilən yarışda Azərbaycan 17 taekvondoçu ilə təmsil olunub və komandamızın bütün üzvləri medal qazanıblar.
Mayın 17-də start götürən yarışın ilk günündə komandamız aktivinə 10 medal əlavə edib. Belə ki, Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Kənan Əmiraslanov (45 kq), Nizamı Hacıyev (53 kq), Zemfira Həsənzadə (29 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Hacıyev (45 kq), Nəzirə Ölməz (47 kq) gümüş medala sahib olub. İbrahim Əlizadə (61 kq), Vüsal Məmmədov (61 kq), Şəbnəm Novruzova (37 kq) isə yarışı bürünc mükafatla başa vurub.
Mayın 18-də yarışların sonuncu günündə də millinin üzvləri uğura imza atıblar. Mükafatçılar sırasında yer alan taekvondoçulardan Pünhan Mürsəlov (41 kq), Fərid Əliyev (49 kq), Asim Əlimov (65 kq-dan yuxarı), Səmmərux Osmanova (51 kq) qızıl, Səriyyə Bağırova (51 kq) gümüş medala yiyələnib. Fazil Hüseynov (57 kq) isə turnirdə bürünc medalla kifayətlənib.
Azərbaycanın yeniyetmələrdən ibarət millisi komanda hesabında oğlanlar arasında birinci, qızlar arasında ikinci yerə layiq görülüb, ümumi medal sayına görə birinci pilləyə qalxıb.
Türkiyə, Suriya və Azərbaycan idmançılarının qatıldığı turnirdə ümumilikdə 300 taekvondoçu mübarizə aparıb.
Oxşar xəbərlər
Yığmamız 15 idmançı ilə təmsil olunacaq
Avropa çempionatının ilk günündə 3 medal qazandıq - FOTO
Millimiz Türkiyəyə yollanır
Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı - FOTO
İdmançılarımız Türkiyədə 4 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası