"Səbail" gəlmələrlə razılaşa bilmir
Mövsümü üçüncü pillədə başa vuran "Səbail" yerli futbolçularla müqaviləni uzatsa da, legionerlər ortaq məxrəcə gələ bilmir.
Sportfm.az xəbər verir ki, komandada aparıcı əcnəbi futbolçusu Yevgeni Koçuk yeni müqavilə təklifinə müsbət yanaşmayıb. Moldova millisinin yarımmüdafiəçisi ilə danışıqlar uğursuz gedir və onunla anlaşmanın əldə edilməyəcəyi gözlənilir.
Qvineya-bisaulu müdafiəçi Maudo Jarjue yeni müqavilə təklifinə hələ cavab verməyib. Onun sərfəli təklifləri var və "Səbail"dən vaxt istəyib.
Fransalı forvard Kevin Kubemba isə böyük ehtimalla, komandada qalacaq.
Kubemba cari mövsüm 31 oyuna 5 qol vurub. Koçuk isə meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənib. Maudo cari mövsüm 28 oyun meydana çıxıb.
"Səbail" Ruslan Qurbanov, Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə yolları ayırıb, Rahid Əmirquliyev, Aleksandr Rıbka, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Vüqar Bəybalayevlə müqaviləni uzadıb.
Oxşar xəbərlər
"Səbail" iki legionerini yola saldı
"Səbail" 3 futbolçunu heyətində saxladı
"Səbail" futbolçusu ilə müqaviləni uzatdı
"Səbail" - "Zirə" - START HEYƏTLƏR
"Keşlə" - "Səbail" - START HEYƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası