reklam
Sportfm.az xəbər saytı

"Liverpul" üçün 23 yaşlı vinger


İngiltərənin "Liverpul" klubu yay transfer fəaliyyətinə başlayıb. 

Sportfm.az xəbər verir ki, "qırmızılar" Almaniyanın "Bayer" klubunda forma geyinən Yulian Brandtı transfer etmək istəyir. "Liverpul" 23 yaşlı vingerin 25 milyon avroluq sərbəst qalma qiymətini ödəmək fikrindədir. Bundan əlavə, komandanın baş məşqçisi Yurgen Kloppun da bu transferə razılıq verdiyi iddia edilib. 

Brandla Dortmund "Borussiya"sı da maraqlanır. 

Almaniya millsinin üzvü 2014-cü ildə "Volfsburq"un U-19 komandasından "Bayer"ə keçib. Brandt keçirdiyi 214 oyunda 41 qol vurub.

 

Oxşar xəbərlər

"Liverpul"da oyuna çıxmayan futbolçu "Sauthempton"a transfer olundu
Premyer Liqa klubunun yeni hədəfi - FOTO
"Liverpul" hücumçusunu satmağa qərar verdi
Onu almaq istəyən nə qədər pulundan keçməlidi?
Arda Turan hansı kluba transfer olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər