"Mançester Siti" Premyer Liqanının çempionu oldu -VİDEO
İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.
Sportfm.az xəbər verir ki, sonuncu turda "Mançester Siti" səfərdə "Brayton"a 4:1 hesabı ilə qalib gəlib və çempion olub. "Şəhərlilər" ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə Premyer Liqa çempionluğu qazanıb.
"Mançester Siti" 98 xalla Premyer Liqanı 1-ci başa vurub. "Liverpul" 97 xalla 2-ci, "Çelsi" 72 xalla 2-ci, "Tootenhem" 71 xalla 4-cü olub. Bu komandalar növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək.
"Arsenal" 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avropa Liqasının qrupunda oynamaq hüququ qazanıb. 66 xalı olan "Mançester Yunayted" isə 6-cı yerlə kifayətlənib. "Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
"Kardiff Siti", "Fulhem" və "Haddersfild" isə Premyer Liqanı tərk ediblər.
"Brayton" - "Mançester Siti" - 1:4
Qollar: Murrey, 27 - Aquero, 28, Lapor, 38, Mahrez, 63, Gündoğan, 72
Oxşar xəbərlər
İngiltərə Premyer Liqasında möhtəşəm sonluq - "Mançester Siti" çempiondur
"Çelsi" mançesterlilərə imkan vermədi - Premyer Liqa
Rəhimli "Mançester Siti" rəhm etmədi - Premyer Liqa
Ardıcıl 7-ci qələbələrini qazandılar
"Mançester Siti"dən səfər qələbəsi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın yeni transferi – RƏSMİ
-
"Araz-Naxçıvan"ın bütün rəqibləri məlum oldu - Çempionlar Liqası
-
"Qarabağ" və "Neftçi"dən qələbə - Sabahın Ulduzları
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Zirə" "Neftçi"yə qalib gəldi - Premyer Liqa
-
"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı - TV AFİŞA















Misli Premyer Liqası