Bakı 2020-ci ildə dünya çempionatına ev sahibliyi edəcək
Bakı 2020-ci ildə aerobika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin Sankt-Peterburqda keçirilmiş növbəti iclasında qəbul olunub. Tədbirdə bu qurumun üzvü, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov da iştirak edib.
Bu idman növünün ölkəmizdə populyarlaşmasında mühüm rol oynayacaq çempionat gələn il mayın 14-16-da keçiriləcək. Çempionatdan əvvəl mayın 8-10-da Dünya Yaş Qrupu Yarışları da paytaxtımızda baş tutacaq.
Xatırladaq ki, beynəlxalq yarışlarla zəngin təqvim planında 2019-cu il sentyabrın 16-22-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı da yer alır. Paytaxtımızda baş tutacaq daha bir dünya birinciliyi isə 2021-ci il noyabrın 11-14-də batut gimnastikası üzrə olacaq.
Oxşar xəbərlər
Bakı dünya çempionatına ev sahibliyi edəcək - ilk dəfə
Bakıda hansı yarışlar keçiriləcək?
Bakıda keçiriləcək Avropa çempionatlarının vaxtı dəyişdirildi
İki Avropa çempionatı Azərbaycanda
Bakıda Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası