Azərbaycan kubokunda finalçılar müəyyənləşir
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.
Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı Zirədə olacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumdadırlar. Bu kollektivlər arasına cari çempionatda baş tutan 4 görüşdən 3-də “qartallar” qələbə qazanıblar. Ölkə Kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.
Digər yarımfinal matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu tək qolla qalib gəlib. Ancaq cari çempionatda ağdamlılar 4 oyunun hamısında güclü olublar. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Bunlardan üçündə “Qarabağ”, birində isə “Qəbələ” sevinən tərəf olub.
Azərbaycan Kuboku
Yarımfinal
1 may (çərşənbə)
17:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Tofiq Bəhramov arına Respublika Stadionu
İlk oyun - 0:1
20:00. "Zirə" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun - 0:0.
Oxşar xəbərlər
“Qarabağ” – “Sumqayıt” matçını FIFA referisi idarə edəcək - Azərbaycan Kuboku
Azərbaycan kubokunda kimlər fit çalacaq?
"Qarabağ" - "Neftçi" oyunu Əliyar Ağayevə həvalə edildi - SİYAHI
"Qəbələ" finalda!
Yarımfinalın cavab oyunlarının təyinatları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası