"Bakıda hasara dəydikdə əsəb keçirdim" -Lando Norris
“MakLaren” komandasının pilotu Lando Norris etiraf edib ki, Formula 1 Azərbaycan Qran-Prisinin sonunda baş vermiş insidentdən sonra əsəbiləşib.
Sportfm.az xəbər verir ki, britaniyalı hasarla toqquşub və ilk onluqda yer tutmaq şansını riskə atıb. Yekunda Norris yürüşü səkkizinci yerdə başa vura bilib. Formula-1-in debütantı mövsümdə ikinci dəfə xal zonasına düşüb.
“Motosport” Norrisin sözlərini sitat gətirib: “Mənim hasarlarla bir neçə təmasım oldu. Onlardan biri finişə üç və ya dörd dairə qalmış baş verdi. Mən çox əsəbiləşdim, çünki toqquşma kifayət qədər sərt idi. Lakin vəziyyəti düzəldə bildim, xoşbəxtlikdən bolid bunun öhdəsindən gəldi.
Bakı trası ağırdır və hər bir səhv baha başa gələ bilər. Biz bir neçə səhvə yol verdik. Xoşbəxtlikdən onların nəticəsində yer və ya xal itirmədik”.
Oxşar xəbərlər
Britaniya Qran-prisinin qalibi Hemilton oldu
İspaniya Qran-prisinin qalibi Ferstappen oldu - "Formula 1"
Ferstappen Kanada Qran-Prisinin qalibi oldu - Formula 1
Avstraliya Qran-prisinin qalibi bəlli oldu - Formula 1
Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası