reklam
AFFA iki komandanı turnirdən uzaqlaşdırdı
Sportfm.az xəbər saytı

AFFA iki komandanı turnirdən uzaqlaşdırdı


Region Liqasının II play off mərhələsindəki “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb. 

Sportfm.az xəbər verir ki, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb. Araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb. 

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.

Qeyd edək ki, “Füzuli” və “FC Baku” komandalarının turnirdən kənarlaşdırılmasından "Uğur" komandasının finaldakı rəqibi də bəlli olub. Sumqayıt təmsilçisi həlledici görüşdə "Şahdağ"la üz-üzə gələcək.

Oxşar xəbərlər

AFFA-dan Region Liqası ilə bağlı daha bir qərar - Oyunun nəticəsi ləğv edildi
Region Liqasında ilk finalçı müəyyənləşdi
"Baku Fire" yığmamızı məğlub etdi
Region Liqası: Yarımfinalın püşkü atıldı
"Füzuli" və "Şahdağ" qalib gəldi, "Şəki" xalları yarı böldü - Region Liqasına start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər