"Barselona"nın sabiq prezidenti azadlığa buraxıldı
İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Sandro Rosselin məhkəməsi başa çatıb.
Sportfm.az xəbər verir ki, ölkənin milli məhkəməsi S.Rossellə bağlı ittihamları sübuta yetirə bilməyib.
Pulların yuyulmasında şübhəli bilinən funksionerlə yanaşı, onun həyat yoldaşı Marta Pineda və bir neçə şəxs də müttəhimlər kürsüsündə əyləşiblər.
Bu ilin fevralında başlayan məhkəmə prosesi onların “Nike” ilə sponsorluq müqaviləsi zamanı Braziliya millisinin 24 oyununa audiovizual hüquqların ilə bağlı pulların yuyulmasında şübhəli bilinməsini araşdırıb.
İspaniya prokurorluğu S.Rosselin 11 il azadlıqdan məhrum edilməsi və çoxmilyonluq cəriməylə üzləşməsini istəyib. Sonradan prokuror cəzanın 6 ilə endirilməsi tələbi ilə çıxış edib.
Lakin məhkəmə 50 yaşlı funksionerə bəraət verib. Çünki ona qarşı yönələn ittihamlarla bağlı faktları əsassız, günahı sübut olunmamış sayıb.
Qeyd edək ki, 2010-14-cü illərdə “Barselona”nın prezidenti olmuş S.Rossel istintaqın getdiyi dövrdə 1 il 9 ay həbsdə keçirib.
Oxşar xəbərlər
Məhkəmə Neymara bəraət qazandırdı
Danışılmış matçlarda ittiham olunanlar bəraət qazandı - 28 nəfər
Məhkəmə Messiyə qarşı işə xitam verdi
"Barselona"nın sabiq prezidentinə 11 il həbs cəzası istəndi
FİFA-nın sabiq məmuruna bəraət verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası