reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" hazırlığını paytaxtda davam etdirir


“Qəbələ” Topaz Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir. 

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Sənan Qurbanovun çalışdırdığı komanda hazırlıqları paytaxtdakı Biləcəri Futbol Mərkəzində reallaşdırır. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər. Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdur.

“Qəbələ” fasilə dövründə yoxlama oyunu keçirəcək. Komandamız martın 25-də “Sumqayıt”la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq matç saat 16:00-da start götürəcək.

Oxşar xəbərlər

"Qəbələ" "Qəbələ"yə qalib gəldi - 4:1
“Qəbələ” “Qəbələ”yə qarşı oynayacaq - Yoxlama oyunu
"Qəbələ" Bakı Olimpiya Stadionunda meydana çıxacaq
“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi
“Qəbələ” Bakıda hazırlığını davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər