
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Het-triklə bundesliqanın tarixinə düşdü
“Bavariya” Almaniya Bundesliqasının 26-cı turunda “Maynts”ı məğlub edib.
Sportfm.az xəbər verir ki, 6:0 hesabıyla bitən görüş, Münhen təmsilçisinin üzvü Xames Rodriges üçün əlamətdar olub.
Belə ki, qarşılaşmada 3 qol vuran Xames, Bundesliqa tarixində het-trik edən ilk kolumbiyalı futbolçu olub.
İcarə əsasında “Bavariya”da çıxış edən Xames, bu mövsüm Bundesliqada 17 qarşılaşmada iştirak edərək, 7 qol vurub.
27 yaşlı yarımmüdafiəçi müqaviləylə “Real”a məxsusdur. Xames, 68 dəfə formasını geyindiyi Kolumbiya millisində 21 qola imza atıb.
Oxşar xəbərlər
“Olimpiakos” tanınmış futbolçunu göndərdi - Ayrılıq
“Qarabağ”ın rəqibində yeni oyunçu - RƏSMİ
Xames bu dəfə özünü İtaliyada sınayacaq
Bundesliqa klubundan ayrıldı
Xames Rodriqes 11.65 milyon avro cərimə ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin