“Həyat yoldaşıma 55 yaşadək futbolu tərk etməyi söz vermişdim"
Niderlandlı məşqçi Luis van Qal karyerasını bitirməyə qərar verib.
Sportfm.az xəbər verir ki, 66 yaşlı mütəxəssis mediaya açıqlamasında bildirib ki, 22 il xaricdə çalışdığı üçün işini dayandırıb: “Həyat yoldaşıma 55 yaşadək futbolu tərk etməyi söz vermişdim. Lakin indi 66 yaşım var. O, mənimlə xoşbəxtdir”.
Məşqçilik karyerası zamanı Luis van Qal 4 dəfə Niderland çempionu olub. Mütəxəssis Amsterdamın “Ayaks” klubu ilə UEFA Çempionlar Liqasını qazanıb. Luis van Qal “Barselona” ilə iki dəfə İspaniya çempionatının, həmçinin kubokunun, UEFA Superkubokunun qalibi olub.
“Bayern”ə Almaniya çempionluğunu, kubokunu, superkubokunu qazandırıb.
Qeyd edək ki, məşqçi 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında Niderland millisi ilə bürünc medal qazanıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |