Formula 1 Azərbaycan Qran Prisi hansı məbləğdə sığortalanıb?
Formula 1 Azərbaycan Qran Prisi 100 milyon dollar məbləğində sığortalanıb.
Sportfm.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin kommersiya direktoru Bülent Özerdim "Formula 1 yarışlarının keçirilməsinin iqtisadi və sosial faydaları" mövzusunda dəyirmi masa zamanı deyib.
Direktorun sözlərinə görə, apreldə keçiriləcək Azərbaycan Qran Prisinə biletlərin 70 faizi satılıb:
"Satılmış biletlərin 78 faizi 52 ölkə vətəndaşları tərəfindən əldə edilib. Ötən il eyni dövrdə 47 ölkənin vətəndaşları bilet almışdı. Biz hesab edirik ki, qalan müddətdə daha çox bileti yerli vətəndaşlar alacaq".
B.Özerdim qeyd edib ki, tədbirə bilet alan xaricilər arasında Rusiya, Böyük Britaniya və Gürcüstan vətəndaşları liderlik edir. Sonrakı yerlərdə Almaniya, Niderland, Ukrayna, BƏƏ və digər ölkələr qərarlaşıb.
Oxşar xəbərlər
Formula 1 Azərbaycan Qran Prisi 10 min iş yeri açır!
Azad Rəhimov "Formula 1" Azərbaycan Qran prisindən danışdı - Ləngimələr...
Azərbaycan Qran Prisinin biletləri endirimlə satışa çıxarıldı
Formula-1 Azərbaycan Qran-Prisi: Bilet satışı nə yerdədi?
Azərbaycan Qran Prisinə ən çox bilet alan ölkələr açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası