Azərbaycan Qran Prisinə ən çox bilet alan ölkələr açıqlandı
Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar xarici ölkələrdə təbliğat işləri aparılır.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.
O bildirib ki, ötənilki Azərbaycan Qran Prisi Bakı treki üçün çox böyük reklam olub. Arpadarai bilet satışından razılıq ifadə edib: "2017-ci ildə təbliğat baxımından çox faydalı yarış keçdi. Əvvəlki iki illə müqayisədə bilet satışında böyük artım var. Ənənəvi olaraq, ən çox bilet alanlar Rusiya vətəndaşlarıdır. İkinci yerdə isə Böyük Britaniyadır. Azərbaycan vətəndaşları ilə müqayisədə əcnəbilər daha çox bilet əldə ediblər. Alıcıların çoxu Avropa ölkələrindəndirlər. Flarmoniya tribunasına olan biletlər tükənmək üzrədir. Azərbaycan vətəndaşları, əsasən, yarışın başlamasına bir ay qalmış bilet alırlar".
Qeyd edək ki, Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Qran Prisinə 20 gün qaldı - SON VƏZİYYƏT
Formula 1 Azərbaycan Qran Prisi hansı məbləğdə sığortalanıb?
Bakıdakı yarışa böyük maraq var - Açıqlama
Formula-1 Azərbaycan Qran-Prisi: Bilet satışı nə yerdədi?
Azərbaycan Qran-Prisində konsert olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası