Reynaldonun 882 gün gözlədiyi qol
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Sabah”la oyunu (1:1) “Qarabağ”ın hücumçusu Reynaldo Silva üçün əlamətdar olub.
Sportfm.az saytı klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan braziliyalı futbolçu 882 gün sonra yenidən “Qarabağ” formasıyla Azərbaycan çempionatında fərqlənib. Silva Premyer Liqada sonuncu dəfə 2016-cı il sentyabrın 25-də “Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısına yol tapmışdı.
Ümumilikdə isə, Reynaldonun son qolu 2016-cı il dekabrın 8-də Avropa Liqasının “Fiorentina”yla (1:2) matçına təsadüf edib. Bu qoldan da 807 gün sonra forvard yenidən Ağdam klubunun heyətində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Reynaldo qış fasiləsində Qazaxıstanın "Aktobe" klubundan "Qarabağ"a keçib.
Oxşar xəbərlər
Musa Qurbanlı üçün əlamətdar oyun
Kapitandan yubiley qolu
Reynaldo "Qarabağ"da seçimini etdi - FOTO
"Səbirsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm" - Reynaldo Silva
Reynaldonun keçidi rəsmiləşdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Krivotsyuk oynamadı, komandası uduzdu
-
15 qat Belarus çempionu yüksək liqanı tərk etdi
-
“Turan Tovuz”dan qələbə - Premyer Liqa
-
Türkiyədə fırıldağın qurbanı oldu, futbolda qazandığı mükafarları satdı
-
“Kəpəz”ə qarşı oyunumuz həmişə çətin keçir” - Kurban Berdıyev
-
Rüfətin komandası məğlub oldu - İsrail Premyer Liqası














Misli Premyer Liqası