Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”nin 462 günlük seriyası qırıldı
“Neftçi”nin Topaz Premyer Liqasındakı ev oyunlarında məğlubiyyətsizlik seriyası qırılıb.
Sportfm.az xəbər verir ki, bu, XVIII turun “Səbail”lə görüşünə təsadüf edib.
1:2 hesabı ilə uduzan “ağ-qaralar” mövsümdə ilk dəfə öz meydanından xalsız ayrılıb. Bunadək “Neftçi”nin çempionatdakı son ev məğlubiyyəti 2017-ci il noyabrın 19-na təsadüf etmişdi. Həmin gün “Qəbələ”yə 2:3 hesabı ilə uduzan “ağ-qaralar” 462 gündən sonra məğlubiyyətlə üzləşib.
Ötən mövsüm 9, cari çempionatda 8 görüşdə uduzmayan komandanın 17 matçlıq seriyası qırılıb. Bu müddətdə paytaxt təmsilçisi 12 qələbə qazanıb, 5 heç-heçə edib.
Oxşar xəbərlər
"Qarabağ"ın 36 oyunluq seriyası qırıldı
“Neftçi”nin qol seriyası qırıldı - Premyer Liqa
Məğlubiyyətsizlik seriyaları qırıldı
"Neftçi"nin hansı seriyası qırıldı?
"Sumqayıt"ın seriyasına "Qarabağ" son qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası