reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"ın seriyasına "Qarabağ" son qoydu


“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 

Sportfm.az xəbər verir ki, Topaz Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun komandası 24-cü turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib.  

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 12-ci turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib. 

Bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidir. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.

Oxşar xəbərlər

"Qarabağ"ın evdə 50-ci məğlubiyyəti
Məğlubiyyətsizlik seriyaları qırıldı
"Neftçi"nin hansı seriyası qırıldı?
"Sumqayıt"ın tarixində yeni rekord
"Zirə" və "Qarabağ"ı birləşdirən amil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər