Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xorvatiyalı futbolçu Avropa nəhənglərinin hədəfində
“Barselona”nın xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç Avropanın 4 klubunun diqqət mərkəzindədir.
Sportfm.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Paris Sen-Jermen”, "Bavariya", "İnter" və "Mançester Yunayted" maraqlanır. Rakitiçin “Barselona” ilə yeni müqavilə bağlamağı sual altındadır. “İnter” klubunun xorvatiyalı yarımmüdafiəçiyə 3 illik müqavilə və 6,5 milyon avro məvacib təklif etdiyi iddia olunur.
Hollandiyanın “Ayaks” komandasından Frenki de Yonqu heyətinə qatan “Barselona”nın Rakitiçlə müqaviləni yeniləməkdə maraqlı olmadığı söylənilir.
Qeyd edək ki, Rakitiç cari mövsümdə “Barselona”nın heyətində 34 oyunda 4 dəfə fərqlənib.
Oxşar xəbərlər
Rakitiç "Sevilya"da - RƏSMİ
Rakitiç "Sevilya"ya geri qayıtdı
Xorvatiyalı "Barselona"nın tarixinə düşdü - FOTO
Xorvatiyalı İspaniyadan İtaliyaya yollanır
Türkiyəli müdafiəçi "Barselona"nın hədəfində - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası