Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva idmançı Zəhra Salmanlıya hədiyyə göndərdi -FOTO
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.
Sportfm.az saytı xəbər verir bu haqda trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.
Heydər Əliyev Fondunun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib.
Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhrə Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.
.jpg)
Oxşar xəbərlər
Leyla Əliyeva Gövhər Beydullayeva ilə bağlı paylaşım etdi - FOTO
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
Nazir müavini Zəhra ilə görüşdü - FOTO
Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi, çempion oldu - FOTO
Qadın idmançımızdan möhtəşəm hərəkət - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası