reklam
Nazir müavini Zəhra ilə görüşdü -
Sportfm.az xəbər saytı

Nazir müavini Zəhra ilə görüşdü -FOTO


Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb. 

Sportfm.az xəbər verir ki, nazir müavini bütün rəqiblərinə qalib gələrək 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib. İ.İsmayılov Zəhraya gələcək yarışlarda və təhsilində ona uğurlar arzu edib.

Qeyd edək ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

Oxşar xəbərlər

"İstənilən güləşçi ilə güləşə bilərəm" - Nazir müavini İsmayıl İsmayılov
Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva idmançı Zəhra Salmanlıya hədiyyə göndərdi - FOTO
Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi, çempion oldu - FOTO
Qadın idmançımızdan möhtəşəm hərəkət - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər