Yığmamızın baş məşqçisi məğlubiyyəti şərh etdi: "Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər"
19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Tükiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Matçdan sonra yığma komandamızın baş məşqçisi Ağatahir Əzimov AFF-nin rəsmi saytına fikirlərini bildirib.
Sportfm.az çalışdırıcının dediklərini diqqətinizə çatdırır: “Uşaqlar ilk dəqiqədən sona qədər həyəcanlı idilər. Doğma məkanda oynadıq, amma öz futzalçılarımız toparlana bilmədilər. Məşqdə göstərdikləri performansı oyunda görə bilmədik. Öyrətdiyim şeyləri yerinə yetirə bilmədilər, yaddan çıxartmışdılar. Bunun hamısı həyəcanla bağlıdır. Düzdü, birinci hissədə nisbətən yaxşı oynadıq. Rəqibin də imkanları az deyildi. Fasiləyə üstün yollanmağımız sanki oyunçularımızı arxayınlaşdırdı. Fikirləşdilər ki, artıq qələbə qazanmışıq. Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər. Qolların hamısını standart vəziyyətdən vurduq. İkinci oyunda səhvlərimizi təkrarlamamalıyıq. Rəsmi oyunlarda bizim üçün çox çətin olacaq”.
Oxşar xəbərlər
"Şanslar hələ bitməyib" - Joze Alesio Da Silva
“Sanki dogma meydanda oynayan biz deyildik” - Ağatahir Əzimov
Millimizin üzvü: "Sanki bir qədər boşaldıq"
"Düşündük ki, son yoldaşlıq oyunlarımızı qardaş Azərbaycana qarşı keçirək" - Murat Kaya
Yığmamızın baş məşqçisi: Deməzdim ki, nəticə bizim üçün vacib deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi
-
"Qızıl top"un qalibi Harri Keyn oldu
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO















Misli Premyer Liqası