"Sabah"ın qapıçısı 40-a çatdı
“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin futbol üzrə Azərbaycan Premyer Liqasındakı uğursuz seriyası qırılıb.
Sportfm.az saytı PFL-ə istinadən xəbər verir ki, mövsümün ilk yarısının son 6 oyununda qapısında qol görən serbiyalı legioner 15-ci turun “Zirə”ylə görüşündə (2:0) çərçivəni toxunulmaz saxlayıb. Bu, debütantın qapıçısının mövsümdə 6-cı “quru” oyunu olub. Serbiyalı qolkiper bu göstəricidə yalnız Səlahət Ağayevdən (8) geri qalır.
Səfər görüşü Stamenkoviç üçün həm də yubileylə əlamətdar olub. O, Azərbaycan çempionatlarında 40-cı dəfə qapısını toxunulmaz saxlayıb. 2011-15-ci illərdə şərəfini qoruduğu “Neftçi”də keçirdiyi 98 matçdan 34-də qol buraxmayan balkanlı əlcək sahibi “Sabah”dakı 15-ci sınaqda 6-cı “quru” oyununa çıxıb.
Oxşar xəbərlər
Mövsümdə ilk, Premyer Liqada 30-cu
“Qarabağ”ın tarixində 3-cü
3-cü turun ən yaxşısı - Azərbaycan Premyer Liqası
"Qarabağ"ın qapıçısı İFFHS-in siyahısında
Namaşkodan 25-ci quru qarşılaşma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası