“Zirə”də üç debüt: Azərbaycanda ilk
Topaz Premyer Liqasının XV turunun “Sabah”la qarşılaşması (0:2) “Zirə”nin üç futbolçusu üçün debütlə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, start heyətində yer alan Bəxtiyar Həsənalızadə, meydana ikinci yarının gedişində daxil olan Mfo Kqasvane və Xulio Sezar Rodriges “qartallar”ın heyətində ilk oyunlarını keçiriblər.
Zirə İdman Kompleksinin stadionundakı görüşədək Premyer Liqada 63 futbolçu qəsəbə klubunun formasını geyinmişdi. Bəxtiyar bu siyahıya 64-cü, Mfo 65-ci, Xulio isə 66-cı kimi düşüb.
Həsənalızadə yerli futbolçu statusu daşıyan 34-cü futbolçudur. Premyer Liqadakı legionerlər siyahısında Kqasvane 31-ci, Rodriges 32-ci olub. Sonuncu klub tarixində Sezar Meza Kollidən sonra 2-ci paraqvaylıdır. Mfo isə nəinki “Zirə”nin, ümumiyyətlə Azərbaycan Premyer Liqasının tarixinə ilk Botsvana təmsilçisi kimi düşüb. Botsvanalı futbolçunun "Zirə"də oynadığı 23-cü ölkədir. Bunadək “Zirə”də Albaniya, Braziliya, Fransa, Gürcüstan, Haiti, Hollandiya, İspaniya, Kamerun, Makedoniya, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Nigeriya, Paraqvay, Portuqaliya, Qana, Rumıniya, Salvador, Serbiya, Trinidad və Tobaqo, Ukraynadan oyunçu çıxış edib.
Oxşar xəbərlər
Hər aya bir qələbə
Azərbaycan çempionatında ilk perulu
"Zirə"nin botsvanalısından 9-cu dubl
"Zirə"nin tarixinə düşən fransız - FOTO
Kamal Mirzəyev “Zirə”nin tarixinə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Avropa birinciliyində 3 medal














Misli Premyer Liqası