reklam
Afrika Millətlər Kubokunun vaxtı dəyişdirildi
Sportfm.az xəbər saytı

Afrika Millətlər Kubokunun vaxtı dəyişdirildi


Ramazan ayına görə Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.

Sportfm.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsindən "Frans-Press"ə bildirilib. Turnir 15 iyun - 13 iyulda deyil, 21 iyun - 19 iyulda keçiriləcək.

Dəyişikilik bir neçə Şimali Afrika ölkəsinin Afrika Futbol Konfederasiyasına müraciətindən sonra gerçəkləşib. Onlar 5 may - 3 iyunu əhatə edəcək Ramazan ayı zamanı oruc tutacaq futbolçuların bərpa olunması üçün belə bir addım atıblar.

Qeyd edək ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək. 2017-ci ildə yarışın yanvarda deyil, yayda təşkil olunmasına və iştirakçıların sayının 16-dan 24-ə artırılmasına dair qərar qəbul olunub. 

Oxşar xəbərlər

Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Afrika Millətlər Kubokunun vaxtı bilindi
Millətlər Kubokunun yeni tarixi açıqlandı - Afrikada
Millətlər Kubokunun yeni tarixi bilindi
Millətlər Kubokunun vaxtı və sayı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər