Ronaldu Portuqaliyanın nüfuzlu ordenindən məhrum edilə bilər
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu vətəni Portuqaliyada İnfant don Enrike (Milli Cəngavər) ordenindən məhrum edilə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə Portuqaliya prezidenti Marselu Rebelu di Souza açıqlama verib.
O, buna səbəb kimi İspaniya məhkəməsinin 34 yaşlı forvardı 23 aylıq həbs cəzasına və 18,8 milyon avro cəriməyə məruz qoymasını göstərib. Ronaldu ölkənin ən nüfuzlu mükafatlarından birini 2014-cü ildə alıb.
Prezident deyib: "Qanun çox sadədir: nazirlər baş verənlərin mükafatın itirilməsinə səbəb olub-olmaya biləcəyini həll etməlidirlər. Biz müvafiq qərarı qəbul etməyi belə bir qanuni səlahiyyətlərə malik olanlara buraxmalıyıq".
Ronaldu 2011 - 2014-cü illərdə İspaniya "Real Madrid"ində çıxış etdiyi vaxt dörd fərqli vergi cinayətinə yol verməkdə və dövlətə 14,7 milyon avro zərər vurmaqda ittiham olunub. O, cəzasını şərti çəkəcək. İspaniya qanunlarına əsasən, cəza müddəti 2 ili keçəcəyi təqdirdə, məhkum həbsxanaya aparılır.
Oxşar xəbərlər
Kriştianu Ronaldu boynuna aldı
Ronaldoya iki il həbs cəzası veriləcək
Ronaldo iki il müddətinə azadlıqdan məhrum edildi
Ronaldu Avropanın ən yaxşı idmançısı seçildi
Ronaldunu 30 milyon avro cərimə gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası