"Fənərbaxça" yenə "büdrədi" -90-cı dəqiqədə
Yanvarın 21-də futbol üzrə Türkiyə Superliqasında XVIII tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, turun son matçında turnir cədvəlində 17-ci sırada qərarlaşan İstanbulun “Fənərbaxça” komandası səfərdə “Bursaspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb.
İstanbul təmsilçisinin qolunu Roberto Soldado (20) vurub. Meydan sahiblərinin heyətində isə Aytac Kara (90) fərqlənib.
Bu heç-heçə ilə hesabındakı xallarının sayını 17-yə çatdıran Ərsun Yanalın yetirmələri 15-ci pilləyə yüksəliblər.
Bu gün oynanılan digər görüşdə “Kasımpaşa” öz meydanında “Rizespor”a 0:1 hesabı ilə məğlub olub.
Türkiyə çempionatında 38 xalla “Başakşəhər” komandası hazırda vahid liderdir. Hesablarında 32 xalı olan “Qalatasaray” və “Yeni Malatyaspor” turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşürlər.
Hesablarında 29 xal olan üç komanda – “Trabzonspor”, “Kasımpaşa” və “Beşiktaş” turnir cədvəlində dördüncü-altıncı yerləri bölüşürlər.
Oxşar xəbərlər
Böyük derbidə qalib müəyyənləşmədi - VİDEO
"Qalatasaray" yenə Alanyada "ilişdi"
"Qalatasaray" 3 xalı 1 qolla qazandı
"Qalatasaray" "sarı-qırmızılar"ı məğlub etdi
İstanbuldakı matçda qol vuruldu, VAR sıradan çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası