"Qalatasaray" "sarı-qırmızılar"ı məğlub etdi
Türkiyə Superliqasının XII turunda turnir cədvəlində üçüncü pillədə yer alan “Qalatasaray” səfərdə “Kayserispor”la qarşılaşıb.
Sportfm.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Digər görüşdə lider “Başakşəhər” komandası səfərdə “Rizespor”a 2:1 hesabı ilə qalib gəlib. Ötən gün oynanılan görüşdə “Yeni Malatyaspor” “Trabzonspor”u 5:0 hesabı ilə məğlub edib.
Bu oyundakı qalibiyyətdən sonra hesabındakı xallarının sayını 23-ə çatdıran “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib. “Başakşəhər” 27 xalla çempionatın vahid lideridir. Hesabında 21 xal olan “Yeni Malatyaspor” komandası üçüncü sırada qərarlaşıb.
Oxşar xəbərlər
"Qalatasaray" yenə Alanyada "ilişdi"
"Qalatasaray" 3 xalı 1 qolla qazandı
"Fənərbaxça" yenə "büdrədi" - 90-cı dəqiqədə
Qara dəniz sahillərində 8 illik tilsim qırıldı
İstanbuldakı matçda qol vuruldu, VAR sıradan çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası