"Liverpul" Mançesterdə ilk məğlubiyyətini aldı -VİDEO
İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Mançester Siti"nin qonağı olub. Oyunun ilk hissəsinin 40-cı dəqiqəsində meydan sahibləri Serxio Aqueronun qoluyla hesabı açıb. Fasilədən sonra qonaqlar 64-cü dəqiqədə Roberto Firminonun fərqlənməsindən sonra status-kvonu bərpa ediblər. Lakin Leroy Sane 72-ci dəqiqədə "Mançester Siti"yə 3 xal qazandıran qolun müəllifi olub. Beləliklə, turun vacib görüşündə "şəhərlilər" lideri məğlub yola salıb. Bu, Yurgen Kloppun yetirmələrinin cari mövsüm Premyer Liqada ilk yenilgisi olub.
Premyer Liqanın turnir cədvəlinə 54 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 50 xalla 2-ci, "Tottenhem" 48 xalla 3-cü, "Çelsi" 44 xalla 4-cüdür.
"Mançester Siti" 2-1 "Liverpul"
Qollar: Serxio Aquero, 40, Leroy Sane,72 - Roberto Firmino, 64
Oxşar xəbərlər
Salah qol vurdu, "Mançester Siti" məğlub oldu
Londonlular "şəhərlilər"ə aman vermədi - VİDEO
"Liverpul" zəfər yürüşünü davam etdirir
Salah vurur, "Liverpul" qalib gəlir
"Liverpul" "Mançester Siti"nin məğlubiyyətsizlik seriyasına son qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası