reklam
Çempionatda iştirak edəcək komandaların sayında artım olacaq? -
Sportfm.az xəbər saytı

Çempionatda iştirak edəcək komandaların sayında artım olacaq? -İnfantino açıqladı


Futbolda baş verən dəyişikliklər təkcə qaydalarla yekunlaşmır.

Sportfm.az xəbər verir ki, 2022-ci ildə Qətərdə düzənlənəcək futbol üzrə dünya çempionatında 48 komanda iştirak edə bilər. Bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib.

O, DÇ-2018-i 48 komandanın iştirakı ilə keçirmək istədiklərini və bunun üçün çalışdıqlarını bəyan edib:

"Dünya çempionatını 48 komandanın iştirakı ilə keçirməyin yaxşı bir şey olduğunu düşünürük. Bunu 2026-cı ildə həyata keçirəcəyik. Amma niyə bunu 4 il öncə etməyi düşünməyək? Yaxşı bir iş görmək üçün heç vaxt gec deyil. Bu üzdən DÇ-2022-də də 48 komandanın iştirakının mümkünlüyünü analiz edirik. Bunu gerçəkləşdirə bilməsək, Qətərdəki mundialda 32 komanda olacaq. Lakin bu mundial da 48 komanda ilə keçirilsə, möhtəşəm olar".

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq
FIFA-nın yekun qərarı nə oldu?
İnfantino inadından əl çəkmir
Dünya çempionatı ilə bağlı mühüm qərar - İnfantino açıqladı
FİFA üçün 11 milyard gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər