reklam
Sportfm.az xəbər saytı

"Milli komandaya lazım deyiləm" -Canluici Buffon


PSJ-nin qapıçısı Canluici Buffon İtaliya millisinə qayıdacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Sportfm.az xəbər verir ki, 40 yaşlı qolkiper məlumatı təkzib edib. Buffon bildirib ki, hazırda İtaliya millisində ona ehtiyac yoxdur: "Mançini ilə danışmışam. Milli komandaya lazım deyiləm. Yığma əmin əllərdədir. Roberto düzgün seçim etməyi yaxşı bilir".

Buffon "Yuventus"dan gedişindən sonra kapitanlıq sarğısının Corco Kyelliniyə həvalə olunmasına da münasibət bildirib: "Şadam ki, məndən sonra millidə olduğu kimi, "Yuventus"da da sarğını Kyellini daşıyır. O, həm insan, həm də futbolçu kimi buna layiqdir".

Qeyd edək ki, Buffon ötən ilin noyabr ayında İtaliya millisi ilə vidalaşıb.

Oxşar xəbərlər

Buffon bu dəfə dəqiq gedir! - Tarix bilindi
Buffon əvəzedici rolunda!
Buffon PSJ ilə müqavilə imzaladı
Buffon qayıtmasının səbəbini açıqladı
Buffon karyerası ilə bağlı yeni fikrə gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər