reklam
Ayxan Abbasov 16, Samir Abasov 14 -
Sportfm.az xəbər saytı

Ayxan Abbasov 16, Samir Abasov 14 -“Zirə” 2018-ci ildə


Başa çatmaqda olan ildə “Zirə” komandası 30 rəsmi matça çıxıb. 

Sportfm.az xəbər verir ki, "qartallar” Premyer Liqada 28, Azərbaycan kubokunda 2 dəfə qüvvəsini sınayıb. 

Çempionat oyunlarından 14-ü 2017/2018 mövsümünün ikinci, 14-ü isə 2018/2019 mövsümünün ilk yarısına təsadüf edib. 

İl ərzində keçirdiyi 30 matçda "Zirə” 7 qələbə qazanıb, 9 heç-heçə edib və 14 dəfə məğlub olub. Kubokdakı qələbələri də hesablasaq 30 xal toplayan komanda 29 qol vurub, 43-nü buraxıb. 

2018-ci ildə 32 futbolçu "Qartallar”ın heyətində meydana çıxıb. Adil Nağıyev hamıdan çox – 26, Vüsal İsgəndərli, Tellur Mütəllimov, Aleksandr Dedov isə hərəyə 24 dəfə şans qazanıb. Dedov həm də "Zirə”də 2018-ci ilin bombardiridir. Onun hesabında 6 qol var. Tellur Mütəllimovla Mirsahib Abbasov hərəyə 3 dəfə fərqləniblər. Ümumiyyətlə isə komandanın 16 futbolçusu qol sevindi yaşayıb. 

2018-ci ildə "Zirə”yə iki baş məşqçi rəhbərlik edib. Ayxan Abbasov 16, Samir Abasov 14 görüşdə bu vəzifəni yerinə yetirib.

 

Oxşar xəbərlər

"Zirə"nin 6-cı mövsümü
Hər aya bir qələbə
"Zirə" üçün 20 futbolçu
5-ci start, 11-ci matç, 7-ci rəqib
Ayxan Abbasovdan yubiley oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər