reklam
Ayxan Abbasovdan yubiley oyunu
Sportfm.az xəbər saytı

Ayxan Abbasovdan yubiley oyunu


Bu həftə keçirilən Topaz Premyer Liqasının 2018/19 mövsümünün II turu “Zirə”nin baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. 

Sportfm.az xəbər verir ki, 37 yaşlı mütəxəssis “Keşlə” ilə ev görüşündə komandanı mövsümdə ilk, karyerasında 50-ci rəsmi matçına çıxarıb. 

Öncə “Zirə”nin əvəzedicilərini çalışdıran Abbasov 2017-ci il yanvarın 29-da əsas komandanın “sükanı arxası”nda debüt edib. Qəsəbə təmsilçisi Premyer Liqanın 2016/17 mövsümünün AZAL-la ev oyununda 2:1 hesablı qələbə qazanıb. 

“Zirə”nin tarixinə Bəhram Şahquliyevlə Adil Şükürovdan sonra 3-cü baş məşqçi kimi düşən Abbasov indiyədək "qartallar"ı 50 matça çıxarıb. Bu oyunlarda 22 qələbə qazanan “Zirə” 16 heç-heçə edib və 12 dəfə uduzub. Bu müddətdə rəqib qapılarından 82 top keçirən "mavi-qırmızılar" 49 qol buraxıb.  

Abbasov əsas komandaya 43 çempionat, 3 kubok və 4 avrokubok qarşılaşmasında rəhbərlik edib.

Oxşar xəbərlər

"Sumqayıt" Ayxan Abbasovu təbrik etdi - 100-cü oyun
Ayxan Abbasov 100-ə çatdı - Premyer Liqa
Karyerasında 100-cü oyun - Premyer Liqada 30-cu qələbə
Ayxan Abbasov 16, Samir Abasov 14 - “Zirə” 2018-ci ildə
Samir Abasov Bəhram Şahquliyevin yoluna davam edəcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər