reklam
Şehiç
Sportfm.az xəbər saytı

Şehiç "Trabzonspor"a keçir?


Onur Kıvrakı əsas heyətdən uzaqlaşdıran "Trabzonspor" qapını gənc qolkiper Uğurcan Çakıra əmanət etdi. Türkiyə klubu çərçivəni təcrübəli qapıçıya həvalə etmək üçün axtarışlara başlayıb. 

Sportfm.az xəbər verir ki, "bordo-mavilər"ə agentlər Super Liqanın debütantı "Ərzurumspor"un qapısını qoruyan İbrahim Şehiçi təklif ediblər. 30 yaşlı qapıçının Ərzurum təmsilçisində maliyyə problemləriylə üzləşdiyi və klubdan ayrılmaq istədiyi iddia olunur. Bu səbəbdən də Bosniya və Herseqovina yığmasının üzvü təklifləri dəyərləndirmək istəyir. Lakin Trabzon təmsilçisi Şehiçin Ərzurum klubuyla müqaviləsinin olmasına görə, bu transferə alternativ variant kimi baxır. 

Qeyd edək ki, Şehiç ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, "Ərzurumspor"a keçmişdi. Mövsümün gedişində qolkiperin adı "Qalatasaray"la da hallanırdı.

Oxşar xəbərlər

Şehiç Türkiyədə klubunu dəyişdi - Transfer
"Qarabağ"lı üçün 700 min avroluq təklif
Şehiçin agenti "Qalatasaray" iddialarına fikir bildirdi
Şehiş Super Liqada debüt etdi
“Qarabağ”ın qapıçısı karyerasını Türkiyədə davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər