reklam
Sportfm.az xəbər saytı

"Sabah" Türkiyədə 4 yoxlama oyunu keçirəcək


“Sabah” klubunun qış fasiləsindəki hazırlıq planı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, Premyer Liqanın debütantı mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalyanın Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq komanda, burada olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. 

Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Elşad Əhmədovun rəhbərlik etdiyi kollektivin qarşılaşacağı komandalar hələlik bəlli deyil. 

Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasında 17 xalla 4-cü yerdədir. 

Oxşar xəbərlər

"Sabah" Türkiyədə iki yoxlama oyunu keçirəcək
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
“Neftçi”nin qış hazırlıq planı məlum oldu - 3 yoxlama görüşü keçirəcək
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
“Qırmızı-qaralar”ın hazırlıq planı müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər