“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
“Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, gələn il yanvarın 6-da bir araya gələcək komanda ayın 12-dək Qəbələdə və ya Bakıda məşq edəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi Türkiyənin Antalya bölgəsində reallaşacaq. Ötən il olduğu kimi, Lara qəsəbəsindəki “Trendy Lara” otelində məskunlaşacaq komanda yanvarın 13-dən 27-dək qonşu ölkədə lövbər salacaq.
Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 16-sı, 20-si, 24-ü və 26-sı olmaqla, 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər yaxın günlərdə dəqiqləşəcək.
Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.
Qeyd edək ki, bunadək “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah”ın Antalyaya yollanacağı dəqiqləşib. “Keşlə” də eyni marşrut üzrə hərəkət etməyi planlaşdırır.
Oxşar xəbərlər
"Zirə"nin rəqibləri məlum oldu
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
"Sabah"ın qış hazırlıq planı müəyyənləşdi
"Keşlə" təlim-məşq toplanışı üçün xaricə gedəcək
"Səbail"in planı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama















Misli Premyer Liqası