reklam
Azərbaycan Cüdo Birliyinin konqresində təmsil olundu
Sportfm.az xəbər saytı

Azərbaycan Cüdo Birliyinin konqresində təmsil olundu


Litvanın Kaunas şəhərində Avropa Cüdo Birliyinin (EJU) 70-ci Konqresi keçirilib.

Sportfm.az xəbər verir ki, konqresə qitənin 37 ölkəsinin cüdo qurumlarının rəsmiləri qatılıb. Azərbaycanı tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təmsil edib. 

Toplantıda EJU-nun prezidenti Sergey Soloveyçik çıxış edərək bu idman növünün olimpiya hərəkatının inkişafındakı rolundan danışıb. Qitə cüdo təşkilatının rəhbəri 2019-cu ildə də idman, təhsil və inzibati məsələlərlə bağlı tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Konqresə dəvət olunan qonaqlar arasında Beynəlxalq Cüdo Federasiyasının baş katibi Jan-Luk Roge də yer alıb.

Oxşar xəbərlər

ACF rəsmiləri Avropa Cüdo Birliyinin konqresində - FOTO
Cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olundu
Cüdo üzrə dünya çempionatının püşkü atıldı
Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər