reklam
AÇ-2020: Millimizin rəqibləri bəlli olur
Sportfm.az xəbər saytı

AÇ-2020: Millimizin rəqibləri bəlli olur


Bu gün Avro-2020-nin seçmə mərhələsinin püşkü atılacaq. 

Sportfm.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Yığmamız 5-ci səbətdə qərarlaşıb. Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünəcək. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

 

Avro-2020-nin səbətləri:

 

Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya

 

1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa

 

2-ci səbət: Almaniya, İslandiya, Avstriya, Danimarka, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, Çexiya

 

3-cü səbət: Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail

 

4-cü səbət: Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan, Macarıstan, Rumıniya

 

5-ci səbət: Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya, Farer adaları

 

6-cı səbət: San-Marino, Andorra, Latviya, Lixtenşteyn, Malta.

 

Seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.

 

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

 

Oxşar xəbərlər

Millimiz Türkiyə ilə eyni səbətdə - AVRO-2024
Azərbaycan yığmasının rəqibləri məlum olacaq - Püşkatma
Millətlər Liqasının püşkü atılacaq
AÇ-2020: Millimiz üçün tanış rəqiblər
Millimiz seçmə mərhələdə Cəbəllütariqlə bir səbətdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər