Paris klubunun iki ulduzu zədələndi
Fransanın PSJ futbol klubunun iki superulduzu - Neymar və Kilian Mbappe zədələnib.
Sportfm.az xəbər verir ki, hər iki futbolçu milli yığmanın oyununda ciddi zədə alıb.
Braziliyanın Kamerun ilə oynadığı yoldaşlıq matçının (1-0) ilk dəqiqələrində vurduğu zərbədən sonra qasıq bölgəsindən zədə alan Neymar ilkin tibbi müdaxiləyə rəğmən, oyuna davam etməyib. Neymar 8-ci dəqiqədə oyundan ayrılıb.
Mbappe isə Fransanın Uruqvay ilə qarşılaşdığı yoldaşlıq matçında (1-0) rəqibin qapıçısı ilə ikili mübarizədən sağ çiynindən zədə alaraq ayrılıb və 36-cı dəqiqədə meydançanı tərk edib.
Futbolçuların PSJ ilə 24 noyabrda Fransa liqasında “Tuluza”, 28 noyabrda isə UEFA Çempionlar Liqasında “Liverpul”la qarşı çıxış edib-etməyəcəyi sual altındadır.
Oxşar xəbərlər
Neymar zədələndi - Matçdan əvvəl
Millidə Neymar şoku - İki oyunu buraxacaq
PSJ danışıqlara başladı - Neymar, Mbappe və Di Mariya ilə
Neymar bunu da etdi - FOTO
Fransada zədə aldı, Braziliyaya gedəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
“Səbail” “Zirə”yə, “Qəbələ” “Mingəçevir”ə qarşı - Azərbaycan kuboku
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku













Misli Premyer Liqası