reklam
Futbol Federasiyasının prezidentinə qarşı 3 cinayət işi açıldı
Sportfm.az xəbər saytı

Futbol Federasiyasının prezidentinə qarşı 3 cinayət işi açıldı


Ukrayna Futbol Federasiyasının (FFU) korrupsiyada ittiham olunan prezidenti Andrey Pavelkoya qarşı üç cinayət işi başlanılıb.

Sportfm.az xəbər verir ki, bu barədə vəkil Oleq Stupinski tribuna.com-a açıqlamasında bildirib. O deyib ki, Milli Antikorrupsiya Bürosunda "Hakimiyyət və xidməti səlahiyyətlərindən sui-istifadə", "Etibarlı olmayan məlumatın deklarasiyası" və "Qeyri-qanuni yolla varlanma", Baş Prokurorluqda "Əmlakı mənimsəmə, israf etmə və ya xidməti səlahiyyətlərindən sui-istifadə yolu ilə külli miqdarda vəsaitə yiyələnmə", "Hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda", polisdə "Əmlakın mənimsənilməsi, israf olunması və xidməti səlahiyyətlərindən istifadə yolu ilə ələ keçirilməsi" maddələri ilə cinayət işinə başlanılıb.

Qeyd edək ki, Andrey Pavelko 2018-ci il dünya çempionatı zamanı sərt açıqlamaları ilə yadda qalıb. O, 1/4 finalda Rusiya üzərində qələbədən sonra "Eşq olsun Ukraynaya" deyə video paylaşan Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vidanın müdafiəsinə qalxıb.

Oxşar xəbərlər

Canni İnfantinoya qarşı iş bağlandı - Qərar
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanıldı
İnfantinoya qarşı cinayət işi açıldı - Rüşvət ittihamı ilə
"Dinamo" klubuna qarşı cinayət işi açıldı
Millinin sabiq futbolçusu dələduzluqda ittiham olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər