Futzalçılarımız Gürcüstana böyük hesabla məğlub oldu
Tbilisidə təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Gürcüstanla növbəti yoldaşlıq oyununu keçirib. İlk matçda 3-2 hesabı ilə qalib gəldiyimiz rəqiblə Tbilisi şəhərindəki Olimpik Palace-də qarşılaşırdıq.
Sportfm.az xəbər verir ki, oyunda hesabı futzalçılarımız açsa da, üstünlüyümüzü qoruya bilməyib. Fasiləyə qədər rəqib 3 qol vurub. Bir dəfə isə avtoqol qeydə alınıb və nəticədə komandamız fasiləyə minimalhesablı yenilgi ilə yollanıb. İkinci hissədə yorğunluq, eləcə də hakimlərin yanlış qərarları fərqin böyüməsinə səbəb olub. Onu da qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları üçün Tbilisiyə gələn 19 yaşadək futbolçulardan ibarət yığma komandamız təmsilçimizi dəstəkləmək üçün Olimpik Place-də yer almışdı.
Gürcüstan U-19 – Azərbaycan U-19 10:3 (3:2)
Beynəlxalq yoldaşlıq oyunu
11 noyabr. Tbilisi. Olimpik Palace. Saat 13:00
Hakimlər: Bakur Ninua, Levan Varamişvili, Quram Machitidze
(Hakimlər briqadası Gürcüstandandır)
Qollar: N. Klaratişvili, 08:00, D. Mageladze, 14:41, G. Glartadze, 17:52, 23:00, B. Bekauri, 22:17, L. Svanidze, 26:44, B. Claduneli, 28:11, G. Zunturov, 34:00, 38:50, 39:17 // K. Əsədli, 2:45, D. Mageladze, 17:42 (a/q), R. Rüstəmov, 27:37
Sarı vərəqələr: B. Claduneli, 25:00, G. Zunturov, 27:19 // C. Nuriyev, 25:23, T. Əhmədov, 27:49, R. Rüstəmov, 35:49
Qırmızı vərəqələr: N. Nadareişvili, 27:43 // V. Reznov, 27:43
Gürcüstan U-19
1. Tornik Bvalişvili (q, k), 3. Data Mageladze, 10. Geva Kosnadze, 11. Giorgi Zunturov, 17. Nika Nadareişvili, 12. Vasil Tskitişvili (q), 4. Beka Bekauri, 16. Roman Kuklianidze, 7. Giorge Glartadze, 77. Nika Klaratişvili, 9. Bakly Claduneli, 6. Saba Egristşvili, 8. Giorti Çadunili, 20. Levan Svanidze, 18. İrakli Qabiskiria, 23. Tornike Kenia (q)
Baş məşqçi: Avtandil Asatiani
Azərbaycan U-19
1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 6. Rauf Rüstəmov, 9. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 11. Sabir Həsənov, 13. Fuad Məmmədzadə, 14. Ceyhun Nuriyev, 15. Nicat Quluzadə
Məşqçi: Ağatahir Əzimov
Oxşar xəbərlər
Bakıda 14 futzalçı ilə hazırlaşacağıq
Futzalımızın gələcəyinin olmadığını türklər bizə göstərdi - Biabırçı hesab
Futzalçılarımız Türkiyəyə məğlub oldu
Yığmamız Bakıda Türkiyə ilə qarşılaşacaq
Gənc futzalçılarımız ilk yoldaşlıq matçına çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası