“Lokomotiv. Kürsüyə qayıdış” kitabının təqdimatı olacaq
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin “Lokomotiv. Kürsüyə qayıdış” kitabının təqdimatı olacaq.
Sportfm.az xəbər verir ki, mərasim noyabrın 8-də Rusiyanın paytaxtı Moskvadakı “Oxu-şəhər” mağazasında baş tutacaq.
Hazırda “Lokomotiv”ə rəhbərlik edən 71 yaşlı mütəxəssis tədbirdə həyatı və futbol karyerası barədə danışacaq, sualları cavablandırıb, avtoqraf verəcək.
Qeyd edək ki, “Lokomotiv” 2017/2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Y.Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib. Rusiyalı mütəxəssis 2013/2014 mövsümündə “Qəbələ”də çalışıb və Azərbaycan çempionatının bürünc medalını qazanmaqla yanaşı, ölkə kubokunun finalçısı olub.
Oxşar xəbərlər
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif etdi
Baş məşqçi kitab yazdı - FOTO
Azərbaycan çempionatının təqvimi məlum oldu - İlk dövrə fevralın 2-də yekunlaşacaq
43 yaşlı futbolçu Rusiya Premyer Liqasında
Yuri Syomin “Lokomotiv”ə qayıda bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası