Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif etdi
"Qəbələ"nin sabiq baş məşqçisi, hazırda Rusiya "Lokomotivini çalşdıran Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub.
Sportfm.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.
72 yaşlı mütəxəssis əvvəllər bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında Şərəf ordeni ilə mükafatlandırılıb. Onun adı "Lokomotiv"in Şərəf Xiyabanına salınıb. "Aleksandr Nevski" ordeni isə müxtəlif fəaliyyət sahələrindəki xüsusi xidmətlərə görə təqdim edilir.
Qeyd edək ki, Syomin "Lokomotiv"də 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. O, 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub.
Oxşar xəbərlər
Prezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi
Çingiz Hüseynzadəyə "Şərəf" ordeni verildi - Təltif
Faiq Həsənov “Şərəf” ordeni ilə təltif edildi
Baş məşqçi kitab yazdı - FOTO
Yuri Syomin “Lokomotiv”ə qayıda bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası