Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Koreyalı futbolçu milli komandadan qovuldu
Cənubi koreyalı futbolçu Çan Hon Su milli komandadan qovulub.
Sportfm.az xəbər verir ki, Koreya Futbol Federasiyası 27 yaşlı müdafiəçini hərbi xidmətlə bağlı sənədlərini saxtalaşdırdığına görə yığmadan birdəfəlik uzaqlaşdırılması haqqında qərar qəbul edib.
Eyni zamanda futbolçu 2000 avro məbləğində cərimələnib.
Qeyd edək ki, Çan Hon Su Yaponiyanın “Tokio” futbol klubunda çıxış edır. Oyunçu saxta sənəd təqdim edərək hərbi xidmət əvəzinə 200 saatlıq ictimai işlərdə çalışıb. Qanuna əsasən, 2014-cü il Asiya Oyunlarının çempionu kimi Çan iki illik hərbi xidmət əvəzinə, dörd həftəlik hərbi hazırlıq keçməli və 500 saatlıq ictimai işlərdə çalışmalı idi.
Oxşar xəbərlər
Çempionat dayandı, ulduz futbolçu hərbi xidmətə yollandı
Mahir Mədətov ictimaiyyəti aldadıbmı? - Vəkildən açıqlama
Hərbi xidmətə yollanmadı, millidən qovuldu
Çempionlar Liqasında oynayırdı, əsgərliyə çağırıldı
Futbolçular hərbi toplanışla cəzalandırıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası