"Altın Qurd" Zabit Səmədova səsləndi:"Kimin güclü olduğu bilinsin"
Kikboksinqin K-1 versiyası üzrə həvəskarlar arasında dünya çempionu, Avropa ikincisi, peşəkar kikboksinqdə bir neçə kəmərin sahibi, "Altın Qurd" ləqəbli Bəhram Rəcəbzadə tanınmış idmançımız Zabit Səmədovla döyüşmək istəyir.
Sportfm.az xəbər verir ki, o, bunu oxu.az-a müsahibəsində bildirib.
Cənubi azərbaycanlı idmançı (+93 kq) onunla eyni çəkidə olan "Mauqli" ilə döyüşüb Azərbaycanda ən güclünün kim olmasının bilinməsini çox istədiyini qeyd edib:
"Təbii ki, Zabitlə döyüşmək istəyərəm. O, bizim, hər bir türkdilli vətəndaşın fəxridir. Güclü idmançıdır, Azərbaycan bayrağını qaldırıb. Zabitlə "salam"ımız var.
Onunla öz gücümü sınamaq istəyirəm. Söhbət burada kimin qalib gəlməsindən getmir. İkimiz də beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirik. Amma istəyərəm ki, o da öz gücünü ortaya qoysun, mən də və Azərbaycanda bu çəkidə kimin güclü olduğu bilinsin".

Oxşar xəbərlər
Azərbaycanlı "Qızıl qurd" Yanla döyüşəcək
Dörd kikboksçumuz Avropa çempionatının finalında
Zabit Səmədov rinqdə 99-cu qələbəsini qazandı - "Mauqli" Avropa çempionu oldu
Zabit Səmədovla görüş keçirildi - FOTO
Van Damdan azərbaycanlıya təbrik mesajı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası